www.smarstaff.az


  Headstart International®

Headstart International® Azərbaycanda biznes təlimləri, beynəlxalq imtahanlar və maliyyə sahəsi üzrə akademik təlimlərin keyfiyyətli tədrisini həyata keçirmək üçün yaradılmışdır.
Fəaliyyət göstərdiyi müddət ərzində istər təlimin keyfiyyəti və təlimçilərin peşəkarlığı, istərsə də müştərilərimizn təlimdən əldə etdikləri fayda və uğur baxımından rəqiblərini üstələyir. 
Təlimlərimiz müştərinin istəyindən asılı olaraq təlimə uyğun olaraq İngilis, Rus və Azərbaycan dillərində keçirilir.
Müştərilərimizin məmnuniyyətini əsas tutaraq onların beynəlxalq dərəcədə maarifləndirilməsi, peşəkar fəaliyyəti və inkişafı üçün məqbul xidmət haqqları müqabilində hərtərəfli şərait yaradır.
Headstart International® Təlim Mərkəzi - Sizin uğurunuzun təməl mənbəyidir.

Expired

Əmək Haqqının Hesablanması:

Date: 16.07.2017 - 16.07.2017

Category: Accounting, Finance & Banking

Training: Əmək Haqqının Hesablanması

Company: Headstart International

Location: World Business Center 14-cü mərtəbə


Əmək haqqının hesablanması
 
Təlim haqqında
Fəaliyyət sahəsindən asılı olmayaraq, müəssisədə insan faktorunun rolu əvəzolunmazdır.
Müxtəlif faktorları nəzərə alaraq hər bir şəxs müəssisə tərəfindən müəyyən olunmuş öhdəlikləri öz üzərinə götürərək təyin olunmuş vəzifəni icra edir. Bunun müqabilində hər bir əməkdaşın əməyi dəyərləndirilir. Müəssisənin hər bir əməkdaşının əmək haqqısının və əməklə bağlı digər dəyərləndirmələrin düzgün şəkildə hesablanması önəmlidir.
 
Təlim əmək haqqının hesablanmasının və əməyin dəyərləndirilməsinin qanunverilicik çərçivəsində aparılması prosesinini tam əhatə edir. Təlimin proqramı həm nəzəri, həm də praktiki biliklərin öyrənilməsi və təkmilləşdirilməsini əhatə edir.
 
Kimlər üçün nəzərdə tutulub
 
Bu təlim müxtəlif sahələrdə çalışan mühasiblər, insan resursları departamentində çalışan 
mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
 
Təlimçi haqqında
 
Emin Səttarov - Vergi Uçotu üzrə Azərbaycanda ən tanınmış təlimçilərdən biridir. Emin 
müəllim 7 ildən artıq iş təcrübəsi malikdir. O, peşəkar karyerası zamanı PwC Azərbaycan, Müdafiə Sənayesi Nazirliyi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və s kimi yerlərdə çalışmışdır.
 
Emin Səttarov Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistr dərəcəsində iqtisadiyyatın təşkili və idarə edilməsi üzrə, Londonda Rose of York Language School-da ingilis dili üzrə tədris ixtisası üzrə təhsil almışdır.
 
5 ildən artıq təlimçi karyerasında yüzlərlə tələbə yetişdirmiş Emin müəllim Vergi Uçotu sahəsində dərin bilikləri, zəngin iş təcrübəsi eləcə də sadə izah etmə bacarığı ilə tələbələrin rəğbətini qazanmışdır.
 
O, SOCAR, KPMG Azerbaijan, Oxfam, DəmirBank, Alten Group MMC, Benkons, ADA Universiteti və s kimi böyük nə nüfüzlu şirkətlərin əməkdaşlarına Vergi təlimləri tədris etmişdir.
Təlimin detalları

Təlimin dili: Azərbaycan dili
Müddəti:  12 saat (1 ay)
Təlimin başlama vaxtı: 16.07.2016
 
Xidmət haqqı:
Fərdi müştərilər üçün: 100 AZN
 
Xidmət haqqına daxildir:
1 aylıq təlim
Tədris vəsaitləri 
Konsultasiya
Kofe Breyk
 
Təlimin keçirildiyi yer:
S.Vurğun küçəsi, World Business Center 14-cü mərtəbə


Name:

Surname:

Email:

Text:




Smart Resources Group


Language Services Direct