www.smarstaff.az


  Headstart International®

Headstart International® Azərbaycanda biznes təlimləri, beynəlxalq imtahanlar və maliyyə sahəsi üzrə akademik təlimlərin keyfiyyətli tədrisini həyata keçirmək üçün yaradılmışdır.
Fəaliyyət göstərdiyi müddət ərzində istər təlimin keyfiyyəti və təlimçilərin peşəkarlığı, istərsə də müştərilərimizn təlimdən əldə etdikləri fayda və uğur baxımından rəqiblərini üstələyir. 
Təlimlərimiz müştərinin istəyindən asılı olaraq təlimə uyğun olaraq İngilis, Rus və Azərbaycan dillərində keçirilir.
Müştərilərimizin məmnuniyyətini əsas tutaraq onların beynəlxalq dərəcədə maarifləndirilməsi, peşəkar fəaliyyəti və inkişafı üçün məqbul xidmət haqqları müqabilində hərtərəfli şərait yaradır.
Headstart International® Təlim Mərkəzi - Sizin uğurunuzun təməl mənbəyidir.

Expired

Vergi Uçotunun Əsasları:

Date: 16.07.2017 - 16.07.2017

Category: Accounting, Finance & Banking

Training: Vergi Uçotunun Əsasları

Company: Headstart International

Location: World Business Center (7-ci mərtəbə)

Headstart International® - Vergi Uçotunun Əsasları təlimini təqdim edir.

➡️ TƏLİM KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞDUR:
Təlim müaliyyə-mühasibatlıq sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

➡️ TƏLİM HAQQINDA:
Vergi Uçotu Proqramın əsas məqsədi təlim iştirakçılarını müəssisənin əməliyyatlarını vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirmək və vergi uçotunu düzgün aparmaq istiqamətində zəruri bacarıq və biliklərlə təmin etməkdir. Əldə etdiyiniz biliklər sizin Vergi Qurumları ilə əməkdaşlığınızı asanlaşdıracaq və lazımı sənəd və bəyannəmələrin vaxtında və düzgün doldurulmasına köməklik edəcəkdir.

➡️ TƏLİMÇİ HAQQINDA:

Elnur Məmmədov

Vergi sahəsində böyük təcrübəyə sahib Elnur Məmmədovun Hüquq sahəsində magistr dərəcəsi var. Elnur müəllim PwC-də işə başlamazdan əvvəl müxtəlif beynəlxalq şirkətlərdə mühasib vəzifəsindən maliyyə direktoru vəzifəsinə qədər bir neçə vəzifədə çalışmış və böyük təcrübə əldə etmişdir.

Elnur Məmmədov 2009-cu ildən bəri PwC-də fəaliyyət göstərir və hazırda Vergi və Hüquq xidmətləri qrupunda menecer vəzifəsində çalışır. O həmçinin müxtəlif beynəlxalq layihələrdə də iştirak etmiş, Dünya Bankının illik biznes hesabatı kimi fərqli araşdırma çalışmalarında xidmət göstərmişdir. Elnur Məmmədov maliyyə sənədləşdirilməsi üzrə beynəlxalq büroyla Azərbaycandakı korporativ vergi mövzusunda əməkdaşlıq etmişdir.

➡️ ƏHATƏ OLUNACAQ MÖVZULAR:

Fiziki şəxslərin gəlir vergisi;
Sahibkarlıqla bağlı gəlir vergisi;
Qeyri sahibkarlıqla bağlı gəlir vergisi;
Gəlir vergisində azad olma və gözəştlər;
Mənfəət vergisi;
Gəlirdən çıxılan və çıxılmayan xərclər;
Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər;
Əmlak vergisi;
Vergi ödəyiciləri;
Vergitutma obyekti;
Vergi dərəcələri;
Vergi güzəştləri və azadolma;
Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi;
Müəssisənin əmlakının vergi tutulan dövriyyəsinin müəyyən edilməsi qaydası;
Əmlak vergisi bəyannaməsinin doldurulması qaydası;
Sığorta haqlarının gəlirdən çıxılması;
Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması;
Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması;
Əmlakın təqdim edilməsindən yaranan zərər;
Zərərin keçirilməsi;
Gəlirin və xərcin uçotu qaydası;
Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri;
Cari verg ödəmələri;
Mənfəət vergisi bəyannaməsinin verilməsi və doldurulması qaydası;
Ödəmə mənbəyində verginin tutulması;
Dividentdən verginin tutulması;
Faizdən verginin tutulması;
İcarə haqqından verginin tutulması;
ÖMV bəyannaməsinin doldurulması qaydası;
Sadələşdirilmiş vergi və ödəyiciləri və dərəcəsi;
Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin təqdim olunması;
Əlavə dəyərvergisi anlayışı;
Könüllü qeydiyyat;
Vergi tutulan əməliyyatın aparıldığı vaxt;
Vergi tutulan əməliyyatın aparıldığı yer;
Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV;
ƏDV bəyannaməsin doldurulması qaydası.

➡️ TƏLİM DETALLARI:

Başlama tarixi: 16 Iyul 2017 
Keçirilmə günləri: Bazar 14:00-17:00
Müddət: 40 saat
Keçirilmə yeri: World Business Center, 7-ci mərtəbə.

☎️ Qeydiyyat və ya əlavə məlumat üçün:
Tel : 012 597 48 05 / 06
Mob: 055 409 69 04
E-mail: azer.n@headstart-international.com



Name:

Surname:

Email:

Text:




Smart Resources Group


Language Services Direct