www.smarstaff.az


  Azərbaycan Bank Tədris Mərkəzi (ABTM)

Azərbaycan Bank Tədris Mərkəzi Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi kimi, 2000-ci ilin fevral ayında Avropa Birliyinin TACİS proqramının texniki yardımı ilə yaradılmışdır. ABTM bu gün bank işi və biznesin idarə edilməsi üzrə Azərbaycanın ən böyük təlim və məsləhət xidməti təşkilatıdır.

ABTM-nin qısa strateji baxışı onu Azərbaycanın maliyyə xidmətləri sektoruna bütün növ, qeyri-maliyyə xidmətləri  sektoruna isə idarəetmə sahəsində təlim və məsləhət xidmətləri göstərən, beynəlxalq sertifikasiya proqramları tətbiq edən aparıcı bir biznes xidmətləri göstərməkdir.
ABTM-nin missiyası maliyyə xidmətləri və biznesin idarə edilməsi üzrə müasir bilik və texnologiyaları Azərbaycana gətirib, onlara əlavə dəyər verərək, yerli şəraitə uyğunlaşdırmaq və mütərəqqi metodlarla biznes tərəfdaşlarına  çatdırmaqdan ibarətdir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları:

Date: 17.07.2017 - 25.07.2017

Category: Accounting, Finance & Banking

Training: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

Company: ABTM

Location: Bakı

Mövzu qrupu: Maliyyə Menecmenti
Başlanma tarixi: 17.07.2017
Qurtarma tarixi: 25.07.2017
Saat: 09:00 - 13:00
Ekspertlər: Azər Əliyev  Çingiz Ağayev 
Qiymət : 600 AZN

Qısa məzmunu 

Müddət

28 saat

Kimlər üçün nəzərdə tutulur

♦ Baş mühasiblər və onların müavinləri

♦ Maliyyə menecerləri

♦ Daxili audit

Modular

Təqdimat və ilkin test

Modul 1. MHBS prinsipləri

♦ Mühasibat uçotunun standartları şurası

♦ Maliyyə hesabatlarının hazırlanması və tərtibi prinsipləri

♦ Maliyyə hesabatlarının təqdim edilməsi standartı

♦ Uçot siyasətləri , mühasibat qiymətləndirilmələrində dəyişikliklər və səhvlər

♦ Uzunmüddətli aktivlərin uçot qaydaları

Modul 2. Aktivlər

♦ Aktivlərin dəyərdən düşməsi

♦ Ehtiyatlar, şərti öhdəliklər və şərti aktivlər

♦ İşçilərə ödənişlər və təqaüd planlarının mühasibatı və hesabatının hazırlanması

♦ Təxirə salınmış vergilər

♦ Əlaqəli tərəflərlə aparılan əməliyyatlar

Modul 3. Maliyyə alətləri

♦ Maliyyə alətləri: açıqlamalar və təqdimat

♦ Maliyyə alətləri: tanınma və qiymətləndirmə

♦ Maliyyə alətləri: Məlumatların açıqlanması

Modul 4. Konsolidasiya

♦ Konsolidə edilmiş maliyyə hesabatı

♦ Assosiativ müəssisələrə investisiyaların uçotu

♦ Birgə müəssisələrdə iştirak

♦ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

♦ Hesabat tarixindən sonra baş verən hadisələrin uçotu

Yekun test

Əldə ediləcək nəticələr

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

♦ MHBS-ın yaranma tarixi və yaranması zəruriliyini,

♦ Maliyyə aktivlərinə aid olan standartlarını və onların istifadəsi,

♦ MHBS-ın tələblərini və onun praktikada tətbiqini,

♦ Aktiv və passivlərin, eləcə də balansarxası öhdəliklərin uçotunun mahiyyətini və aparılması qaydalarını,

♦ Mühasibat uçotunun prinsiplərini,

♦ Amortizasiya hesablanmasına dair MHBS-ın tələblərini,

♦ Konsolidə (icmal) hesabatların hazırlanmasını.



Name:

Surname:

Email:

Text:




Smart Resources Group


Language Services Direct