www.smarstaff.az


  Beynəlxalq Təlim və Layihə Mərkəzi

Beynəlxalq Təlim və Layihə Mərkəzi dünyanın aparıcı universitetlərindən sayılan Oxford, Harvard və Cambridge Universitetlərinin davamlı təhsil mərkəzlərinin (Continuing Education Center) təcrübələrindən yararlanaraq, təsis edilmişdir. Mərkəzdə ən son tələblərə cavab verən təhlükəsizlik sistemləri, yanğına qarşı dedektorlar, təhlükəsizlik kameraları, mühafizə sistemi və iştirakçıların rahatlığı üçün açıq bufet, yeməkxana və kompyuter laboratoriyaları mövcuddur. Düşüncəmiz ölkəmiz adına faydalı işləri görərək, dövlətimiz və millətimizin adını daima yüksəklərə ucaltmaqdır.

Expired

Kütləvi İnformasiya Vasitələrində - mühasibat uçotu və vergi sahəsində yeni tətbiqlər və risklər:

Date: 18.07.2017 - 18.07.2017

Category: Accounting, Finance & Banking

Training: Kütləvi İnformasiya Vasitələrində - mühasibat uçotu və vergi sahəsində yeni tətbiqlər və risklər

Company: Beynəlxalq Təlim və Layihə Mərkəzi

Location: Aşıq Molla Cümə küç.138, N.Nərimanov

Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq, sizləri “Kütləvi İnformasiya Vasitələrində - mühasibat uçotu və vergi sahəsində yeni tətbiqlər və risklər” adlı seminara dəvət edirik!

Seminar Beynəlxalq Təlim və Layihə Mərkəzi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tarix: 18.07.2017
Müddət: 3 saat
Saat: 11:00

Seminar ödənişsizdir.

Seminarın mövzuları:
- Vergi Məcəlləsinə və digər normativ aktlara edilən son əlavə və dəyişikliklərin, həmçinin, “Nağdsız hesablaşmalar haqqında” qanunun KİV-lərin maliyyə-təsərrüfat fəaliyyətinə aidiyyəti üzrə izahı (müsbət və riskli məqamlar).
- Yeni MMUS-ların KİV-lərin (TV-Radio, Dövri mətbu nəşrlər, İnformasiya agentlikləri) maliyyə uçotuna aidiyyəti üzrə tələbləri haqqında.
- KİV-lərdə baş gəlirlərin, xərclərin, o cümlədən qarışıq еzamiyyə (səfər) əməliyyatlarının, informasiya aхtarışında olanların хərclərinin uçotu və vergi riskləri.
- Dövri mətbu nəşrlərin (qəzet, jurnal, toplu, bülleten və başqa dövri nəşrlər) satışdan gеri qaytarılması, saхlanması, ləğv еdilərək silinməsi və bunların vеrgi tutmaya təsiri.
- Dövri mətbu nəşrlərin (KİV məhsullarının) əvəzsiz olaraq paylanması, üzərində «pulsuz» yazılması anlayışı və onun vеrgiyə təsiri.
- KİV-lərdə qonorarların tətbiqi məsələləri və onun vergiyə təsiri.
- Dövri mətbu nəşrlərdə, Elektron İnformasiya Agentliklərində və TV-Radiolarda rеklam qiymətlərinin formalaşması.
- ƏDV-dən azad olan əməliyyatların digərlərindən ayrı aparılması.

Təlimçi:
Mehdi Babayev - “Professional Mühasib” jurnalının Baş redaktoru, audit üzrə mütəxəssis
Mehdi Nadir oğlu Babayev 1987-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olub və maliyyə-kredit ixtisası üzrə ali təhsil alıb. 1991-ci il tarixdən etibarən uçot sahəsində fəaliyyətə başlayıb və 2003-cü ildən mühasibat və vergi sahəsində peşəkar fəaliyyətlə (məsləhətlərin verilməsi və təlimlərin keçirilməsi ilə) məşğuldur. 2005-ci il tarixdən “Professional Mühasib” jurnalının baş redaktorudur, həmçinin peşəkar audit yoxlamalarında mütəxəssis kimi cəlb edilir. “KİV və Vergi qanunvericiliyi” və “QHT-lərdə Maliyyə İdarəetməsi” kitablarının müəllifidir. Mühasibat, vergi və audit sahəsində “Vergilər.az” elektron informasiya saytında, “Vergilər” qəzetində, “Professional Mühasib” jurnalında və digər KİV-lərdə 300-dən çox məqalənin müəllifidir. Mühasibat Standartları və Vergilər üzrə təlimlərin keçirilməsində 10 ildən çox təcrübəyə malikdir.

Qeydiyyat linki (Qeydiyyatdan keçən zaman kurs / seminar / təlim bölməsinə - “KİV- vergi təlimi” yazmağınız xahiş olunur):
http://btlm.az/Registration/

Əlaqə vasitələrimiz:



Name:

Surname:

Email:

Text:




Smart Resources Group


Language Services Direct