www.smarstaff.az


  Beynəlxalq Təlim və Layihə Mərkəzi

Beynəlxalq Təlim və Layihə Mərkəzi dünyanın aparıcı universitetlərindən sayılan Oxford, Harvard və Cambridge Universitetlərinin davamlı təhsil mərkəzlərinin (Continuing Education Center) təcrübələrindən yararlanaraq, təsis edilmişdir. Mərkəzdə ən son tələblərə cavab verən təhlükəsizlik sistemləri, yanğına qarşı dedektorlar, təhlükəsizlik kameraları, mühafizə sistemi və iştirakçıların rahatlığı üçün açıq bufet, yeməkxana və kompyuter laboratoriyaları mövcuddur. Düşüncəmiz ölkəmiz adına faydalı işləri görərək, dövlətimiz və millətimizin adını daima yüksəklərə ucaltmaqdır.

Expired

Peşəkar mühasib və vergi mütəxəssisi hazırlama:

Date: 21.08.2017 - 21.08.2017

Category: Accounting, Finance & Banking

Training: Peşəkar mühasib və vergi mütəxəssisi hazırlama

Company: Beynəlxalq Təlim və Layihə Mərkəzi

Location: Aşıq Molla Cümə küçəsi 138, N.Nərimanov

Sizləri Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə təşkil etdiyimiz “Peşəkar mühasib və vergi mütəxəssisi hazırlama” təliminə dəvət edirik!



Təlim tam praktiki şəkildə və yenilənmiş xüsusi proqramla keçiriləcəkdir!

Beynəlxalq Təlim və Layihə Mərkəzi Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə davamlı olaraq mühasibatlıq və vergi sahəsi üzrə peşəkar kadr hazırlığı həyata keçirir. 

Başlama vaxtı: 21.08.2017
Müddət: 50 saat 
Ödəniş: 400 AZN ( ödənişin hissə-hissə ödənilməsi mümkündür)

Sertifikat: Təlimi uğurla bitirən və yekun imtahandan uğurla keçən iştirakçılarımıza Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənmiş sertifikatlar təqdim ediləcəkdir!

Dərs günləri və saatları təlimçilər və iştirakçılar arasında qarşılıqlı müzakirə əsasında təyin olunacaqdır.

Təlim 3 moduldan ibarətdir: 

1- Mühasibatlığa giriş
2- 1C mühasibatlıq
3- Vergi

Hər modul üzrə ayrılıqda təlimə qoşulmanız mümkündür.

Təlim proqramı:

Mühasibatlığa giriş proqramı:

1) Mühasibat uçotunun mahiyyəti, hesablar planı və maliyyə hesabatları haqqında məlumat
2) Mühasibat uçotu hesablarının müvafiq qaydada qruplaşdırılması və ikili yazılışın mahiyyəti
3) Mühasibat uçotunun təşkili üçün əsas olan ilkin uçot sənədləri ilə işləmək qaydası
4) Əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotunun təşkili: alışı, satışı və balansdan silinməsi
5) Ehtiyatların (mal-material, yanacaq və.s) uçotu və maya dəyərinin hesablanması üsulları: FİFO, LİFO, AVCO 
6) Bank və kassa əməliyyatlarının uçotu
7) Gəlir və xərclərin tanınması, müvafiq qaydada qruplaşdırılması və uçotunun aparılması
8) Debitor və kreditor borcların mahiyyəti, uçotda əks etdirilməsi
9) Valyuta məzənnələrinin uçotu və hesabatda əks etdirilməsi
10) Əmək haqqının hesablanması və ödənilməsinin rəsmiləşdirilməsi qaydaları
11) İlkin uçot sənədləri əsasında jurnal-order formalarının tərtib edilməsi, dövriyyə-qalıq cədvəlinin hazırlanması
12) Dövrün bağlanması və Maliyyə hesabatlarının (Mühasibat Balansı, Mənfəət və Zərər Haqqında Hesabat) tərtib edilməsi

Praktiki 1C proqramı:

1. 1C proqramı ilə tanışlıq və ilkin məlumatların proqrama daxil edilməsi
2. Mal-material ehtiyatlarının hərəkəti üzrə əməliyyatların icrası, anbar qalığının formalaşdırılması
3. Əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatların icrası
4. Alış, Satış, Bank, Kassa və digər Ümumi Əməliyyatların İcrası
5. Mühasibat hesabları üzrə qalıqların və digər hesabatların formalaşdırılması
6. Maliyyə hesabatlarının formalaşdırılması

Vergi proqramı:

1. Vergi məcəlləsinin ümumi hissəsinin izah edilməsi
2. Vergi məcəlləsinin xüsusi hissəsinin izah edilməsi 
3. Vergilər Nazirliyinin digər normativ aktları barədə izahların verilməsi 
4. Praktiki olaraq, vergi orqanı ilə kargüzarlığın aparılmasının göstərilməsi
5. Praktiki olaraq, bəyannamələrin hazırlanması və göndərilməsi barədə məlumatların verilməsi 


Təlimçilər: Babək Budaqlı, İlkin Dövlətov

Babək Budaqlı 
Təhsili:
Sentyabr 2011- Yanvar 2015 - Azərbaycan Dövlət İqtisad Universiteti MBA (Master of Bussines of Administration) proqramı, Maliyyə ixtisası ( Magistr) 
Sentyabr 2007- İyun 2011 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İnzibati İdarəetmə ( Bakalavr) 
İş Təcrübəsi
Noyabr 2016 - hal-hazırda - “Azerfon” MMC ( Nar Mobile) Maliyyə departamenti aparıcı mühasib
Avqust 2014-Oktyabr 2016 - “Azərsu” ASC Nizami rayon Sukanal İdarəsi Mühasibat uçotu və hesabatı şöbəsinin rəisi- Baş mühasib
Aprel 2014-Avqust 2014 - “Azərsu” ASC İdarəetmə Aparatı Mühasibat uçotu və hesabatı şöbəsində mühasib
Fevral 2013- Aprel 2014 - “Azərsu” ASC Səbail rayon Sukanal İdarəsi Mühasibat uçotu və hesabatı şöbəsində mühasib

Təhsil 
2003-2007 Qafqaz Universiteti, İqtisadiyyat Fakültəsi, Beynəlxalq İqtisadi Münasibətlər Bölümü
İş təcrübəsi
İyul 2006 - Avqust 2006, 1 aylıq praktika, İşık Sığorta şirkəti İstanbul, Türkiyə.
İyun 2006 - Birlik Sığorta Şirkətində 2 həftəlik seminar - Bakı şəhəri
Noyabr 2010 - may 2014-cü il tarixləri ərzində 5 Saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin Kameral Yoxlanması və Təhlil/proqnoz şöbələrində dövlət vergi müfəttişi, Vergi borclarının alınması və Vergi ödəyicilərinə xidmət şöbələrinin rəisi vəzifəsində çalışmışdır.
May 2014 - iyun 2016-cı il tarixləri ərzində Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin və Vergilər Nazirliyinin çağrı mərkəzinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.
2017-ci ilin mart ayınadək, Bakı şəhəri kiçik sahibkarlıqla iş departamentinin 10-cu zonası üzrə şöbə rəhbəri vəzifəsində çalışmışdır.
Mart 2017-cı il tarixindən etibarən Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçisi, "A to Z" Financial Consulting MMC- nin icraçı direktoru və "Enemay" Kadr və Karyera Mərkəzinin rəhbəri vəzifələrində çalışır.

Əlaqə vasitələrimiz:


Name:

Surname:

Email:

Text:




Smart Resources Group


Language Services Direct