www.smarstaff.az


  QSS Analytics

“QSS Analytics” bir qrup data analistlərinin, statistika mütəxəssisləri və araşdırmaçılarının, universitet professorlarının və data entuziastlarının əməkdaşlığı nəticəsində yaranmış bir konsaltinq şirkətidir. İlkin mərhələdə Qafqaz Universitetinin tərkibində tələbə elmi cəmiyyəti kimi fəaliyyət göstərən “QSS Analytics”in məqsədi ölkəmiz Azərbaycanda Data Analizi və Statistika sahələrinin inkişaf etdirilməsi və təbliği olmuşdur. Bu məqsədlərə nail olmaq üçün biz öz biznes xidmətlərimizi və təlimlərimizi təklif edirik. Bundan əlavə, bizim qapılarımız bütün data analizi entuziastlarına fikir və təcrübə mübadiləsi aparmaq üçün daima açıqdır. 

Amalımız statistika mütəxəssislərinin və həvəskarlarının ünsiyyət quracağı və əməkdaşlıq edə biləcəyi bir platforma yaratmaqdır.

Expired

Biznes Analitikası təlimi:

Date: 21.01.2018 - 21.01.2018

Category: Business Development/Sales

Training: Biznes Analitikası təlimi

Company: QSS Analytics Company

Location: Port Baku, COLAB, Neftçilər Prospekti 151

 

 

 

Biznes Analitikası təliminin əhəmiyyəti

Xərcləri azaltmaq və daha çox gəlir qazanmaq üçün optimal qərarların verilməsinin əhəmiyyəti hər zaman aktual olmuşdur və xüsusilə böhran dövründə dataya əsaslanan qərarın vacibliyi daha da artır. Bunun üçün hər bir şirkət biznes analitikası üzrə mütəxəssis işə götürməli vəya bu sahədə işçilər yetişdirməlidir. Biznes Analitikasının əhəmiyyəti tək şirkətlər üçün deyil, hətta qeyri kommersiya təşkilatları və dövlət qurumları üçün də artmaqdadır. Gələcəyin ixtisası sayılan Analitika sahəsində biliklər qazanmaq sizi müəsisənin ən dəyərli işçilərindən biri edəcəkdir.  

 

Təlimin Metodologiyası, Material və Proqram Təminatı

 Sadədən mürəkkəbə onlarla Analitik metodlar, real layihələrə tətbiq etməklə bu təlim paketində öyrənəcəksiniz!

 İnteraktiv qrup müzakirələri, praktiki çalışmalar və data analizinin real biznes situasiyalarına tətbiqi olunacaq;

 Data analizi və tədqiqatlarda geniş istifadə edilən aşağıdakı proqram paketləriylə praktiki şəkildə tanış olacaqsınız:

     - MS Excel -Data Analysis

     - IBM SPSS

     - Tableau

     - Qualtrics

     - Gretl

     - R

 Təlim proqramında, MC Kinsey, Ernst&Young, Bain kimi nəhəng qlobal konsaltinq şirkətlərinin bəzi real proyekt dataları, həmçinin Harvard Business School, MIT Sloan Business School və IBM SPSS in keyzləri təqdim olunacaq;

 Bundan əlavə Siz, tədris edilən mövzuları Analitik Konsalting Layihəsi çərçivəsində praktiki olaraq tətbiq etmək şansı əldə edəcəksiniz.   

 

Təlim proqramında nələri öyrənəcəksiniz?

    ♦ Statistikaya giriş və Təsviri Statistika (SPSS+Excel+Tableau tətbiqləri)

    ♦ Sorğu dizaynı və sorğu keçirilməsi (+Qualtrics ilə tədqiqat üsulları)

    ♦ Pearson&Sperman Correlation

    ♦ Churn Analizi

    ♦ Tableau ilə Advanced Data Mining

    ♦ Tableau ilə A&B test edilməsi

    ♦ Datanın vizuallaşdırılması

    ♦ Chi Square Test

    ♦ Reqressiya, R-squared

    ♦ Simple, Multiple və Logistic Regresiya(Modelləşdirmə və Proqnozlaşdırma)

    ♦ Gretl ilə reqresiya analizi

    ♦ R-da data analizi

 

*Daha ətraflı məlumat üçün təlim proqramını yükləyin.

 

Təlim üçün tələblər nələrdir?

Təlimdə iştirak etmək üçün heç bir ön bilik tələb edilmir. Təlimdə uğurlu olmaq və sizi karyeranızda 1 addım önə atacaq bu bilikləri öyrənməniz üçün Analitik düşüncəyə sahib olmaqla yanaşı bu bilikləri öyrənməyə həvəsli olmalısınız!

 

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?

- Marketoloq, maliyyəçi, müəssisə idarəedicilər, analitik və ya biznes tədqiqatçıları;

- Analitika, Reporting və Tədqiqat üzrə çalışanlar;

- Analitikayla maraqlananlar;

- Data analizi bacarıqlarını inkişaf etdirmək istəyənlər;

- Statistik modelləşdirməyə marağı olanlar;

- Data hazırlanması bacarıqlarını təkmilləşdirmək istəyənlər;

- Və nəhayət, data analizi təqdimat bacarıqlarını inkişaf etdirmək arzusunda olanlar.

 

İştirakçılar üçün Bonus
• Analitiklər üçün ünsiyyət qaydaları və təqdimat bacarıqları;
• Təlim bitdikdən sonra Analitiklər qrupu*na üzv olma imkanı;

*Analitiklər qrupu - Biznes Analitikası təlimini bitirmiş Analitika mütəxəssislərindən ibarət məzun qrupudur və onların Analitika biliklərini təkmiləşdirmə istəkləri səbəbi ilə yaradılmışdır.  Professional analitik şəbəkəsini genişləndirmək (Networking), Təkrar və Yeni Biliklər Öyrənmək məqsədi ilə məzunlarla mütəmadi görüşlər keçirilir. Bu qrupda olmaqla siz də Təkrar ilə yanaşı Yeni Analitik metodlar öyrənmək və real Analitik Layihələr üzərində işləmək imkanı əldə edəcəksiniz)  


Təlimin ünvanı, başlama vaxtı, müddəti və qiyməti:

Ünvan:               Port Baku, COLAB, Neftçilər Prospekti 151
Müddət:             18 saat (6 həftə, hər həftə 3 saat)

Başlama vaxtı:  21  Yanvar  2018 , saat 10:00(hər şənbə günü)

Qiymət:              600* 350 AZN (Tələbələr üçün 250AZN)

*Proqramın qiyməti 600 Azn olmasına baxmayaraq Analitikanın təbliğ edilməsi məqsədi ilə 350 manata təklif edilir.

**Təlimin sonunda iştirakçılar iştirakçı sertifikatı, fərqlənən iştirakçılar isə fərqlənmə sertifikatı ilə təltif ediləcək.

 

İştirak etmək üçün qeyd:

* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.

* Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.

Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

 



Name:

Surname:

Email:

Text:




Smart Resources Group


Language Services Direct